Qayıt geriye Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3793

ŞİİR


28

TAKİPÇİ

Qayıt geriye

Biz ki tanış olduq nisan içində,
Görüş məkanımız leysan içində.
Sahildə neçə min insan içində,
Tək-tənha gəzənim, qayıt geriyə.

Vüsalın qapısın döyəmmədin sən,
Sevib-seçdiyini öyəmmədin sən.
Deyəsən halımı bəyənmədin sən,
Bir azca bəzənim, qayıt geriyə.

Dağılıb dumanım, çənim-çiskinim,
Sənin gəlişinə yollar diksinib.
Sevda baxçamıza qəfildən girib,
Gülləri əzənim, qayıt geriyə.

Atımı dördnala heç çapammıram,
Dəniz sahilindən qum tapammıram.
Küt gedir, çörəyi düz yapammıram,
Pozulub düzənim, qayıt geriyə.

Həyat davam edər axışı ilə,
Xalı məşhur olar naxışı ilə.
Buz kimi somsoyuq baxışı ilə,
Könlümü üzənim, qayıt geriyə.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.2.2026 16:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!