Təkcə sənsən gümanım,
Ay çiskinim,dumanım.
Sən taqətim,amanım,
Xatirələr oyat gəl,
Qayıt gülüm,qayıt gəl.
Gülşəninəm,gülünəm.
Susmaz bir bülbülünəm.
Ocağında külünəm,
Gəlişinlə çovut gəl,
Qayıt gülüm,qayıt gəl.
Masmavi dənizinəm,
Qulunam,kənizinəm.
Sənin ağbənizinəm,
Ürəyimi ovut gəl.
Qayıt gülüm.qayıt gəl.
Şəkərimsən,qəndimsən.
Belimdə kəməndimsən.
Şeirimdə şah bəndimsən,
Ayrılığı soyut gəl,
Qayıt gülüm.qayıt gəl.
Sən qonaq gəl Sevincə,
Röyamdasan hər gecə.
Gülüm,məni gizlicə
Sən yuxudan ayılt gəl,
Qayıt gülüm,qayıt gəl.
Kayıt Tarihi : 11.6.2018 10:25:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!