Qarşıla Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Qarşıla

Dünəndə qalmışam,sabah da göndər,
Dumanım azalıb,sən ah da göndər.
Nə olar,azacıq günah da göndər,
Qoy yığım başına savablarımı.

Şairə əlçatmaz xəyal verirsən,
Sevgini çəkilməz məlal verirsən.
Elə hey dolaşıq sual verirsən,
Di eşit labirint cavablarımı.

Həsrət,farağat dur,burulub puçun,
Özün də bilirsən ağırdır suçun,
Yaman darıxırdın vüsalım üçün,
Qarşıla ayrılıq cənablarını.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 14:49:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!