Atsam qoşa şeş gəlməz
Iki gələr, beş gəlməz.
Qabiliyyət heş gəlməz
Sədüdə, çaharında.
Fələk iz qoydu, getdi
Anan üz soydu, getdi
Əcəl tez doydu getdi,
Səninlə naharında.
Qara quşa tuş oldun,
Dönməz qaranquş oldun.
Soldun, qarlı qış oldun,
Ömrünün baharında.
Kayıt Tarihi : 25.2.2021 05:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!