Qare meni qezel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Qare meni qezel


Nə etmişəm sənə tanrım, çəkirsən darə məni.
Bu nə gün,nə dövrandır,etdin bəxti-qarə məni.
Üzümü göyə tutub hey dua-səna etmişəm,
Döndərdin urəyi al qanla dolu narə məni.

Deyirlər xəstə yatır yatağında ismi-pünhan,
Təbibi-loğman buyurmuş dərdinə çarə məni.
Əgər ölsəm qürbətdə, kim itirib-axtaracaq,
Kim yada salıb anar nalani-biçarə məni.

Ümidim tək sənədir,ey gözəgörünməz Tanrım.
Nə dinim,nə danışım döndər lalə,karə məni.
Durub bulaq üstündə boynun burub bənövşə tək,
Bilirəm ki gözləyir tənha qəlbi yarə məni.

Həzin çalan kamandım, de nədən bəs dəyişdin,
Simləri qırılaraq nalə çəkən tarə məni.
Qəlbimdə bircə arzu əbədilik məskən salıb,
Yetirsin Allahım ol şən,gülərüz yarə məni.

Sağlığımda tapmadın,gülüm,bu geniş dünyada
Ölümümdən sonra gəz məzarımı,arə məni.
Sevincəm,ölsəm əgər qışda, vəsiyyət edirəm,
Bükün kəfən yerinə təzə yağmış qarə məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu