Sevincdən,fərəhdən bəzən çıxıllam,
Möhnətsiz,qüssəsiz vallah sıxıllam.
Sözünün ağına batsam.yıxıllam,
Gözlərinin qarasına söykənim.
Qocalmısan,eynək ilə yaraqlan,
Açıb könül kitabımı varaqla.
Dinlə mənim söhbətimi maraqla,
Iki sətrin arasına söykənim.
Fərəhli həyatın qəm nəğməsi yox,
Həyatın qaranlıq daş lövhəsi yox.
Istinad etməyə bir nöqtəsi yox,
Bu dünyanın harasına söykənim
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 16:03:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!