Qarabağ Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Qarabağ

Salam, Şuşam.Gül-çiçəyi xalı kimi sərmişəm,
Izn ver, basım bağrıma.Görüşünə gəlmişəm.
Şükür, Tanrım.Açılıbdır qaş-qabağın,
Gəlib yenə fərəh dolu, o gözəl xoşbəxt çağın.

Bilirdim kl bizsiz sənə çox ağırdır, çətindir,
Sənə doğru gələn yolda addımlarım mətindir.
Səni düşmən tapdağından xilas etdi şanlı ordum,
Qurtarmısan əsirlikdən Qarabağım-doğma yurdum.

Daha əvvəlki kimi qan ağlamır İsa bulağı,
Gül-çiçək bürüyüb düzü, yox içində bir alağı.
Yol üstündə durub gözlər igidləri xarı bülbül,
Təbiətin möcüzəsi: yarı çiçək, yarı bülbül.

Azad oldu düşməndən Qubadlı, Kəlbəcər, Laçın,
Qızıl Günəş,Ulduz - Ay, daha çox işıq saçın.
Səni əsir edənlər düşdülər bax,dərdə-dərdə,
Yenə həzin avazlar yüksəlsin qoy pərdə-pərdə.

Intiqamın alındı mənfur, yağı düşməndən,
Doyunca su içərik sənin könül çeşməndən.
Bilirsənmi uğrunda igidlər getdi qurban,
Şəhidlərlə fəxr edər, öyünər Azərbaycan.

Candan əziz bildilər doğma,ana vətəni,
Neçə-neçə min oldu muradına yetənim.
Şəhidlərim qurban getdi azadlıq uğrunda,
Onların yoxluğunu hiss edirəm ağrımda.

Vətən ana olarsa, qurban gedər neçə can,
Qarabağ bizimlədir əbədi, Azərbaycan.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.4.2025 16:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!