Başımın üstündə qadir Allahım,
Imtahan eyləyir, yoxdur günahım.
Dağıdılmış məbəd oldu pənahım,
Nuru kafir kilsəsinə saçmadım.
Qəm dağını çıxıb-çıxıb qaldırdım.
Həsrətini yıxıb-yıxıb soldurdum,
Gümanları yığıb-yığıb doldurdum,
Ümidlərin kisəsinə, açmadım.
Qar-şaxtanı xeyr eylədim sazaqda,
Vüsalına meyl eylədim, azaq da.
Gözü yaşlı seyr eylədim uzaqdan,
Ayrılığın busəsinə qaçmadım.
27.12.2017
Kayıt Tarihi : 30.4.2018 07:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!