Ocaq yanmaz soyuq közlə,
Sən də gündüz tədbir gözlə...
Şeirlə, nəğməylə, sözlə,
Bax, necə pıçıldaşırıq.
Yaxşı dosta yox tay, Sevinc,
Dostları ara, say Sevinc.
Bircə dəfə sən, ay sevinc,
Gəl vecə, pıçıldaşırıq.
Günəşin gül üzün qoyub,
Çəmənin, gül düzün qoyub,
Allahın gündüzün qoyub,
Biz gecə pıçıldaşırıq.
15.06.2019
Kayıt Tarihi : 18.6.2019 19:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!