Perişanım, hardasan Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Perişanım, hardasan

Tale özü ayrılığa qol çəkər,
Yenə sənsiz ala gözlər yol çəkər.
Qəm mizanı dərd-kədərdən bol çəkər,
Ulduz olub sayrışanım,hardasan?

Qərib-qərib doğma eldə gəzərdin,
Qəmgin-qəmgin baxışlarla süzərdin.
Ürəyimi incidərdin,üzərdin,
Həsrət ilə yarışanım, hardasan?

Nə bileydim fələk adlı zalım var,
Nə bileydim qəm ilməli xalım var.
Görürsənmi necə küskün halım var,
Qismətiylə barışanım,hardasan?

Nədən belə həsrət bizə tuş oldu,
Vüsal küsüb gedən qaranquş oldu,
Ötdü neçə yaz-yay,payız , qış oldu,
Sonzuzluğa qarışanım,hardasan?

Bə`zən məni gözlərim də aldadır,
Tez bükülən dizlərim də aldadır,
Qayıt de ki, sözlərim də bal dadır,
Qəmlə dolub arı şanım,hardasan?
Ay saçıarı pərişanım,hardasan?

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu