Çöhrəmə işvə,naz gəlib,
Amma deyəsən az gəlib.
Çölümə güllü yaz gəlib.
Içimdə payız ağlayır.
Sonu macəra günündə,
Donub şəcərə ünündə.
Durub pəncərə önündə,
Yenə də o qız ağlayır.
Kiprikləri nəmli müdam,
Ediləcək sanki edam.
Ətrafında çoxlu adam,
Dayanır yalqız, ağlayır.
09.05.2019
Kayıt Tarihi : 29.5.2019 11:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!