Haqqı basıb yedilər,
“Dadı yoxmuş”-dedilər.
Qəlbimə həkk edilər,
Mənim göz duyğularım.
Bəzisi qeylü-qallı,
Bəzisi şəkər-ballı.
Əl-ələ gedər yallı,
Mənim söz duyğularım.
Bəyaz qardan seçilməz,
Göy zəmidir, biçilməz,
Xırdalanmaz, kiçilməz,
Mənim öz duyğularım.
Kayıt Tarihi : 30.6.2018 13:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!