Küsülü baxışlar gözümə axmır,
Kürsülü naxışlar közümə çaxmır.
Gursulu yağışlar sözümə baxmır,
Beləcə yaşamaq ölümdən betər.
Səndən mənə yalnız kədər qalsa da,
Könlümü boz duman əsir alsa da,
Içimdə qış-boran yuva salsa da,
Masmavi çiçəklər çölümdə ötər.
Həsrətin daşını uzaq atarıq,
Hicransız qayğısız, azad yatarıq.
Başımın üstündə durna qatarı,
Yaralı xəyallar gölümdə itər.
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:10:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!