Qəmin qəlblə tənasübü,
Üzündə xal olan gülüm.
Çiçək açan təbəssümü.
Məlhəmi-bal olan gülüm.
Xatirələr gözəl-göyçək,
Xoş xülyalar olmaz gerçək.
Danışsa da məni görcək,
Bir anda lal olan gülüm.
Sünbül ağlar dənsizlikdən,
Dağ darıxar çənsizlikdən.
Üzülübən mənsizlikdən,
Hərdən bihal olan gülüm.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:33:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!