Bu dünyanın alğışları əbədi,
Üzü dönsə qarğışları əbədi.
Gözyaşı tək yağışları əbədi,
Bu dünyanın üz qabığı soyulmur.
O gözlərın ağalamış, yenə nəmmi,
O gözləri ağladan yenə mənmi.
O gözlərdə oxunan dərdmi, qəmmi.
O gözləri incidən göz oyulmur.
O gözlərin dediyini duymadım,
O gözlərdə göz yaşımı yumadım.
O gözlərdən başqasına uymadım,
O gözlərin əzabından doyulmur.
Sevinc Arzulu
Kayıt Tarihi : 24.4.2018 18:35:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!