O adam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

O adam

Ala gözlər qürbətə yol salıbdır,
Şair təki min xəyala dalıbdır.
Bir bax necə çiçək kimi qalıbdır,
Yaddaşımın ucundakı o adam.

Vermiş idi ilk görüşə behini,
Özləmişəm baxışların mehini.
Görən kimə bəxş eləyib ruhunu,
Yaddaşımın ucundakı o adam.

Arzularım dalğalı göy dənizdir,
Saf suları ləkəsizdir,təmizdir.
Əvvəlki tək sevimlidir,əzizdir
Yaddaşımın ucundakı o adam.

Baxça-bağım şaxtada da donmayır,
Niyə bülbül qızılgülə qonmayır.
Həmdəm bilir məni,özgə sanmayır,
Yaddaşımın ucundakı o adam.

Əkdiyini fələk özü biçəcək,
Acı suyu dadlı bilib içəcək.
Bu dünyadan mənimlə bir köçəcək,
Yaddaşımın ucundakı o adam.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.7.2025 06:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!