Sən ay balaca süsən,
İki qəlbə körpüsən.
Balacasan, körpəsən,
Vaxtında yat, dur qızım.
Nur qızım.
Günəşdən bac alasan,
Aydan xərac alasan.
O qədər ucalasan,
Dağın olsun Tur, qızım.
Nur qızım.
Qara qaşın haləmi,
Sevdiyin gül laləmi.
Bəyənməsən aləmi,
Yeni dünya qur, qızım.
Nur qızım.
Mən özüm bilə-bilə,
Əridim gilə-gilə.
Fərəhlə, gülə-gülə,
Tellərini bur, qızım.
Nur qızım.
Sən hamının nəfəsi,
Yaşamağa həvəsi.
Xumarənin nəvəsi,
Gözlərinə nur, qızım.
Nur qızım.
Kayıt Tarihi : 22.12.2025 15:37:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!