Görən nə dolaşır beynində sənin,
Fikrində-zikrində, eynində sənin.
Son dəfə görəndə əynində sənin,
Otlardan toxunmuş köynəyin vardı.
Çirklənsə parlamaz ləl-sədəfin də,
Tək mənəm fələyin ol hədəfində.
Ruhsuz bədənimin sol tərəfində,
Könlümü acıdan göynəyim vardır.
Həqiqət görmədim yalan sözündə,
Sönüb.Bir də yanmaz ocaq-közün də.
Yaxını görməyir daha gözün də,
Qəlbin tək qapqara eynəyin vardır.
Daha dinləmirəm əfsanələri,
Illər alıb gedib daha nələri.
Mənim itirməyə xatirələrim,
Sənin itirməyə eh, nəyin vardır.
Kayıt Tarihi : 1.5.2022 15:11:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!