Nerimi duyutmuşam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Nerimi duyutmuşam

OVUTMUŞAM

Dayanıb durub külək?
Həngamə qurub külək.
Üzümə vurub külək,
Tərimi qurutmuşam.

Qızılgülüm tərdimi,
Xara sinə gərdimi.
Unudub da dərdimi,
Sərimi ovutmuşam.

Ayrılmayaq bir daha,
Ümid edək sabaha,
Üz tutub da Allaha,
Kərimi unutmuşam.

İllərim yel qanadlı,
Günlərim şirin dadlı.
Eh, dostum, ilham adlı
Pərimi uyutmuşam.

Doğmalarım yanımda.
Toy-büsat ünvanında.
Zaman dəyirmanında,
Şərimi üyütmüşəm.

Qara eynəyi geyib,
Axtarma məndə eyib.
Yoxa əlvida deyib,
Hərimi böyütmüşəm.

Gəlişimə hey uyub,
Əlimi yaşla yuyub.
Səsin aləmə yayıb,
Nərimi duyutmuşam.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.2.2023 11:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!