Ne işim var Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3694

ŞİİR


27

TAKİPÇİ

Ne işim var

Nə işim var bu soyuqda, sazaq da,
Qar-yağışda hələ yolu azaq da...
Aman fələk, uzaqda dur, uzaqda,
Dəymə mənə, yaralarım göynədir.

Bir kimsədən gizlətmirəm yaşımı,
Taxmayıram bahalı daş-qaşımı.
Itirmişəm sənsiz inan başımı,
Heç bilmirəm torpaq nədir, göy nədir.

Bizimkidir bu işıqlı dünyalar
Gül ətirli, təbəssümlü xülyalar.
Əvvəlki tək təptəzədir röyalar,
Indi daha xatirələr köhnədir.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.3.2020 15:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu