Illər ötür hədər, nədi,
Tale nədi, qədər nədi.
Eh, bunca qəm-kədər nədi,
Yığbalına nə deyim mən.
Yalanlara olmuşam tox,
Hayın-küyün hamıdan çox.
Bircə qırıq işığı yox,
Hilalına nə deyim mən.
Sevincini çaldı fələk,
Adı təkin qaldı fələk.
Bizi ayrı saldı fələk,
Iqbalına nə deyim mən.
Gedənlərə qarışanım,
Qismətiylə barışanım.
Səni məndən soruşanın,
Sualına nə deyim mən.
Daşlara çırpılıb eşqin.
Dağılıbdır vüsal köşkün.
Göz önündə məlul, müşgül,
Bu halına nə deyim mən.
Kayıt Tarihi : 6.1.2023 16:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!