Nalan eşqim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Nalan eşqim

Əvvəlində baxçamızda
Al qızılgül olan eşqim.
Sonra da xoş çağımızda,
Qəfilcədən solan eşqim.

Nələr oldu sənə, nələr,
Haqqında min əfsanələr.
Qalıb acı xatirələr,
Milyon yaşa dolan eşqim.

Baş tutmadı ziyafətim,
Qara gəldi məhəbbətim.
Nədən qopdu qiyamətim,
Ömrüm oldu talan, eşqim.

Əzbər dedi vidasını,
Sonda qoydu nidasını.
Vəslin sevgi adasını,
Gur dalğalar alan eşqim.

Xatirələr acı-ağır,
Dara düşsən məni çağır.
Bir gözündən qüssə yağır,
Bir gözüsə nalan eşqim.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 09:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!