Bilmirəm nədən onu,
Allah sənə çox gördü.
Hicran həsrətə baxıb,
Saçın ucunu hördü.
Mən necə qanad verim,
Ümidi qırılmışa.
Xəyalı yıxılmışa.
Dünyası yox olmuşa.
Nə dərdini biləni,
Nə halına yananı.
Nə gözünü siləni,
Xatırlayıb ananı.
Tənha qalıb, tək-tənha,
Qapısını açan yox.
Ümidi tək Allaha,
Yoluna nur saçan yox.
Tanrı yadına salıb
Sevindirər o kəsi.
Allah canını alıb,
Yox eyləsin nakəsi.
Kayıt Tarihi : 8.6.2020 09:38:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!