Möcüze Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Möcüze

Hərdən düzdə bitirdilər,
Hərdən gözdən itirdilər.
Şirin söhbət edirdilər,
Dərdlə fərəh diz-dizəydi.

Eşidilməz alqışları,
Öləziyib naxışları.
Gözü yaşlı baxışları,
Xatirələr üz-üzəydi.

Azalacaq paramız da,
Sozalacaq qaramız da.
Yad yox idi aramızda,
Özümüzdük, biz-bizəydik.

Kədərliyik hər birimiz,
Hanı sevda səfirimiz.
Qum üstdə yox ləpirimiz,
Qar üstündə iz-izəydik.

Çapıb ağ kəhər atında,
Göyün yeddinci qatında.
Rastlaşdıq biz yer altında,
O görüş bir möcüzəydi.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2025 05:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!