Gəzirdim dost sorağında,
Ot qalıbmış orağında.
Mən dərənin qırağında,
Sənsə dağın başındasan.
Qəlbin intizarı oldum,
Naləsi, ah-zarı oldum.
Mən qocalıb qarı oldum,
Sən yenə qırx yaşındasan.
Dağlar mağara-kahalı,
Dərələr yeldən ah alı.
Sən dünyanın ən bahalı,
Qara mərmər daşındasan.
Kayıt Tarihi : 1.5.2022 15:23:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!