Göz yaşın sel təkin tökəmmirəm ki,
Hicranın önündə çökəmmirəm ki.
Ilməsin birbəbir sökəmmirəm ki.
Xatirən önümdə ağ pərdə kimi.
Məhəbbət qeydimə qalır,aparır,
Ağlımı başımdan çalır, aparır.
Xəyallar qoynuna alır,aparır,
Gözlərim yol çəkir lap dərdə kimi.
Olmaz ki sərgərdan, avara, veyil
Ancaq xoş əmələ salacaq meyl.
Düşmənin önündə əyilən deyil,
Tapşırdın,İlahi, sən mərdə kimi...
Kayıt Tarihi : 30.4.2018 07:38:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!