Ətir, duxunda fırlan,
Qara yuxunda fırlan.
Get,öz oxunda fırlan,
Dünya, mənlə işin yox.
Göz yaşlarından aman,
Ruhun inləyən kaman.
Ağlayırsan hər zaman,
Sevinmək vərdişin yox.
De, danış gözəlindən,
Şerindən, qəzəlindən.
Tənhasan əzəlindən,
Bir könül dərdişin yox.
Həyat axirətə beh,
Göz yaşı parlayan şeh.
Mən kimə deyirəm.Eh,
Heç sənin mərd işin yox.
Kədər dönüb qoşuna,
Deyən gəlir xoşuna.
Fırlan sən boş-boşuna,
Dövrani gərdişin yox.
Kayıt Tarihi : 1.6.2021 05:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!