Fələk girər min bir dona,
Ah-zar təsir etməz ona.
Eşq dastanı yetdi sona,
Yoxdur onun mabədi.
Qəm-kədər verib əl-ələ,
Saldılar hay-küy,vəlvələ.
Qopdu dəhşətli zəlzələ,
Uçdu könül məbədi.
Fələk qoymaz mən kam alım,
Qəlb evimə bir şam alım.
Axı nədən ilham alım,
Dərdim bitməz mənbədi.
Kayıt Tarihi : 14.6.2018 20:01:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!