Men ve sen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3793

ŞİİR


28

TAKİPÇİ

Men ve sen

Başdan başa toz səhra,
Yazdığını poz, səhra.
Sən yağışsız boz səhra,
Mən dumanlı şəhərəm.

Heç bilmirəm necə sən,
Andı saydın heçə sən.
Sən qaranlıq gecəsən,
Mən aydınlıq səhərəm.

Çox əyri seçimdəsən,
Dərd ilə biçindəsən.
Sən palcıq içindəsən,
Mən əlçatmaz bəhərəm.

Nə olar ki çağlasan,
Dərdin yolun bağlasan.
Ömür boyu ağlasan,
Mən udumluq qəhərəm.

Bir kimsəyə etmə lağ,
Üzün olsun daim ağ.
Sən həmişə keyfi çağ,
Mən, neynim, birtəhərəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.2.2026 16:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!