Meleklenib Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Meleklenib


SON BAHARIM

Saçını dalğa burur,
Özünə plan qurur.
Başımda dövrə vurur,
Sevdamız mələklənib.

O fərəhdir, artmayan,
Sevincimi dartmayan.
Üzümü ağartmayan,
Imtizarım təklənib.

Ayrılıq batıb yasa,
Çox çətin qapı pusa.
Özünü ipdən asa,
Axır ki əməklənib
.
Sevməyirəm qarğışı,
Gözləyirəm qar-qışı.
Yoldadır ömrün qışı,
Son baharım şəklənib.

Baxma ötkün yaşına,
Möhtac itkin daşına.
Çatıb yetkin yaşına,
Arzular lələklənib.
29.03.2020.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.3.2020 14:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu