Əridib bilə-bilə,
Əridim gilə-gilə.
Əridim gülə-gülə,
Qızılgül açılmadı.
Hicran mələk donunda,
Bəyaz rəngin fonunda.
Neynəyim ki sonunda,
Həsrətdən qaçılmadı.
Basdı güclü sel yurdu,
Qarşısında el durdu.
Külək əsdi, yel vurdu,
Qəm evi uçulmadı.
Kayıt Tarihi : 19.3.2020 15:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!