Türkistan elində hürriyyət sancağını ucaldan odur
3 imperiya arasında Türk'ün günəşini parıldadan odur
Şərəfli ömründə əsla düşmənə baş əyməyən azadə
Bir öndərin adıdır Məmməd Əmin Rəsulzadə
Şanlı üçrəngli bayrağı ucaltmışdı o 20-ci əsrdən
Enməz söylədi heç vaxt enməz Türk'ün əlindən
Şanlı oğuz Türkünə bəxş eylədi o hürr bir iradə
Bir öndərin adıdır Məmməd Əmin Rəsulzadə
Söylədi: endirmə bayrağı ey Türk ölsən də
Dönsən dolaşsan da sən gəzsən də
Tayına rast gəlməzsən heç bir aləmdə
Bir öndərin adıdır Məmməd Əmin Rəsulzadə
Onun şərəfinə neçə belə şeirlər yazılar
Unutdurmaq istəyənlərin də bir gün məzarı qazılar
Uzaqdan "Ey Şanlı Azərbaycan!" deyə səsi gəlir hələ də
Bir öndərin adıdır Məmməd Əmin Rəsulzadə
Kayıt Tarihi : 12.6.2025 16:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!