Xatirələr qalaq-qalaq,
Oxuyuram varaq-varaq.
Ömrüm ağ-qaralı zolaq,
Qar üstündə zehə bənzər.
Boşa çıxmaz təlaşlarım,
Tərk edər dost-yoldaşlarım.
Könlə axan göz yaşlarım,
Gül üstündə şehə bənzər.
Dar gündə köməyim, Allah
Qoyma ki göynəyim, Allah.
Gizlicə çəkdiyim ol ah,
Qəlb titrədən mehə bənzər.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:29:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!