Güzgüləndim, süsləndim,
Çiskinləndim,sisləndim.
İliyədək islandım,
Mavi yağışın altda.
Mən ki gözəl pəridim,
Müşfiqin Dilbəridim.
Şam kimicə əridim,
Mavi baxışın altda.
Həsrətdən kar aşmayır,
Vəslin səbri daşmayır.
Qara rəng yaraşmayır,
Mavi naxışın altda.
Külək məni saymayır,
Dalğalarla oynayır.
Yosunlarmı qaynayır,
Mavi axışın altda.
Çətin ki qocalaram,
Gənclikdən bac alaram.
Göylərə ucalaram,
Mavi alqışın altda.
Kayıt Tarihi : 5.4.2025 15:10:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!