Heç zaman gecikmə görüş yerinə.
Qızılı işlətmə gümüş yerinə.
O qara gözlərdə gümüş yerinə,
Qüssə-kədər gördüm,qəmi-dərd gördüm.
Arayıb axtardım şaman insanı,
Ucaldıb qocaldır zaman insanı.
Nakişi görmüşəm yaman insanı,
Yaxşını həmişə kişi.mərd gördüm.
Kədərli ürəyim bir az narahat,
Taleyin işinə lap qalmışam mat.
Dünya mənim ilə oynadı şahmat,
Başqasıyla oynar dama,nərd gördüm.
Gülüm,aramızda əsdi ruzigar,
Sənə gedən yolu kəsdi ruzigar.
Bu qədər zülm etmə.bəsdir ruzigar,
Taleyin üzünü mən çox sərt gördüm.
Vurulmuşam qızılgülün ətrinə,
Çiləyərəm şerimin hər sətrinə.
Nahaq dəydim yaxın dostun xətrinə,
Dayanıbdır mə`lul.müşkül.mat gördüm.
Kayıt Tarihi : 13.6.2018 07:01:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!