Maraqmış Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Maraqmış

Gəlib çatdıq sonunaca, nəhayət,
Bizə xoş gün bəxş etmədi məhəbbət.
Budur məni üzən acı həqiqət,
Gözdən uzaq könüldən də iraqmış.

Zalım dünya sənsiz dardır. əzizim.
Zalım edən namərd xardır, əzizim.
Təkcə mənim imzam vardır, əzizim
Sənin könül dəftərin ağ varaqmış.

Yerini de, hardasan haqq aşığı,
Səndin elin igidi,yaraşığı.
Azca düşər gecə ayın işığı,
Günəş gündüz yer üzünə çıraqmış.

Ağlamaz ki, görməmişəm dərdi nəm,
Bilirəm ki sağalmayan dərdinəm.
Əl çəkməz ki yaxamızdan dərdi-qəm,
Vüsal hissi ayrılığa yarağmış.

Görən qartal zirvələrdən küsdümü,
Çəmən yenə gözəldimi,süsdümü.
Dağa-daşa salma mənim hissimi,
Ay əzizim, bu sadəcə maraqmış.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2021 07:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu