Əynə ağ kəfən geyib,
Geri qayıtmaq eyib.
Hamı “Əlvida” deyib,
Bərk yapış daş mücründən.
Könlünə çay düşəcək,
Ipisti yay düşəcək.
Sənə də pay düşəcək,
İlahinin əcrindən.
Ala gözü dolacaq,
Yel telini yolacaq.
Dönüb Leyli olacaq,
Bil ki sənin hicrindən.
Kayıt Tarihi : 8.1.2023 16:23:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!