Nə könlümdə həyəcan,
Nə əlimdə oraq var.
Xatirələr yarıcan,
Öləziyən çıraq var.
O çırağımn işığı,
Dibə kölgə salmayır.
Bir vaxt el yaraşığı,
İndi canlar almayır.
Bu nə qərinbə işdir,
Nə qəribə təsadüf.
Bəlkə sevmək vərdişdir,
Bəlkə də...Çox təəssüf.
Ağlılın dediyini,
Bəzən ürək etməyir.
Gör hicrin etdiyini,
Vüsal dada yetməyir.
Bəlkə yetə bilməyir,
Qarşısında divar var.
O divarı aşmağa,
Yoxdur əldə ixtiyar.
Duyğuların oyunu,
Heç zaman bitməyəcək.
Gözümün qabağından.
Surətin getməyəcək.
İçində olduğundan,
Hadisələr səngimir.
Buludlar dolduğundan,
Yağış tökür,ləngimir.
Kayıt Tarihi : 6.4.2025 16:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!