Mən də ucalıram ahımla birgə,
İlahi qeydimə qaldı, apardı.
Günlərin birində ruhumla birgə,
Ölüm də xəyala daldı, apardı.
Başımız üstündə şimşək çaxmamış,
Qəlbimi yandırıb oda yaxmamış.
Hələ aramızdan bir çay axmamış,
Səni zalım fələk aldı, apardı.
Sanırdım ayrılıq bivec, veyilmiş,
Əyninin libası köhnə, geyilmiş.
Sən demə əzrail qartal deyilmiş,
Qaraquş kimicə çaldı apardı.
Eh, nədən uyduq biz hiylə-kələyə,
Onunçun tez düşdük tora, tələyə.
Nə deyim, nə deyim zalım fələyə,
Araya ayrılıq saldı, apardı.
Bu fani dünyadan xeyir görmədi,
Qarayla bəyazı birgə hörmədi.
Çətin sualına cavab vermədi,
Dinib danışmadı, laldı apardı.
Kayıt Tarihi : 6.4.2025 08:59:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!