Fərəh, sevinc gəlsin çayla,
Coşub daşsın hay-harayla.
Külək sizə çalsın layla.
Pəncərəni açın, yatın.
Dərd önündə sərvaxt olun,
Bəyaz tale, ağ bəxt olun.
Ömür boyu xoşbəxt olun,
Qəm-kədərdən qaçın, yatın.
Demirəm ki riya olun,
Mavi rəngli röya olun.
Başdan başa ziya olun,
Zülmətə nur saçın, yatın.
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 06:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!