Dərdin qara rəsmin çəkin,
Önündəcə siz diz çökün.
Ağlayıban yaş da tökün,
Gəlib çıxdı dərd yiyəsi.
Dərd muncuq təkin düzülər,
Bircə-bircə can üzülər.
Dərddən qəm-qüssə süzülər,
Bal bilibən kim yeyəsi.
Dərdin yerin nəm eyləyin,
Duz-çörəyin kəm eyləyin.
Az bir yerə cəm eyləyin,
Onsuz da külək yayası.
Kayıt Tarihi : 28.6.2018 06:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!