Şıltaq ləpələr kimi.
Qızıl səpələr kimi.
Torpaq təpələr kimi,
Xəyallarım kükrəyir.
Sevinci unudursan,
Yaman ucuz tutursan.
Acını tez udursan,
Fərəh dalğan çəkməyir.
Qəmli həsrət havası,
Sanki gətirib yası.
Neynim,dünyanın pası,
Ürəyimə çökməyir.
02.10.2018
Kayıt Tarihi : 9.10.2018 15:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!