Çərx-fələyin kar vaxtıdır,
Dağda bəyaz qar vaxtıdır.
Əsəbimin dar vaxtıdır,
Söz demə sözümün üstünə.
Göz yaşarar ürək dinsə,
Üzüm dönsün könlüm dönsə.
Alovlanmaz bir də ,sönsə
Su tökmə közümün üstünə.
Ölüm saymaz varı-yoxu,
Mənə qalar dərdin çoxu.
Yayındakı kədər oxu,
Sancılar dözümün üstünə.
Sanki yağış hədər yağar,
Ağ buluddan kədər yağar.
Ala gözdən qəhər yağar,
Tökülər özümün üstünə.
Azalmayir cəbrim daha,
Deyən hazır qəbrim daha.
Qalmayıbdır səbrim daha,
Qar yağıb dözümün üstünə.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 10:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!