Könlümün günü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3694

ŞİİR


27

TAKİPÇİ

Könlümün günü

Məhəbbət həmişə yarımcan olur,
Şərab tək qanı da bir fincan olur.
Dostum, iki qəlbdə bircə can olur,
Sevdalım deyərsən sadiq həmdəmə.

Neynəyim müştəbeh, lovğalarımla,
Mən ki tanınmıram qovğalarımla.
Çoxunu batırdım dalğalarımla,
Qıymaram dönəsən taleyi kəmə.

Qoyma ki əsən yel yolsun, a dostum,
Qıyma ki çiçəyin solsun, a dostum.
Şor-çörək halalın olsun, a dostum,
Özgənin haram bal-çörəyin yemə.

Gül açsın dağ-dərən, çəmənin, düzün
Gün doğsun,əritsin vüsalın buzun.
Həmişə gülüşə bürünsün üzün,
Alaca gözlərin batmasın nəmə.

Sürdüyüm həyatla daim öyünüm,
Heç əskik olmasın toyum-düyünüm.
Həmişə ağ olsun könlümün günü.
Batmasın kədərə, nə də ki qəmə.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2025 05:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!