İnsaf eylə, gəl az dara çək məni,
Hicranınla qoyma təkbətək məni.
Ağac olum, susuz çöldə ək məni,
Hərdənbir də gəl kölgəmdə kölgələn.
Mən nə deyim tale adlı zalıma,
Dəymiş qaldı, əl uzatdı kalıma.
Kədərlənsəm yanarsanmı halıma,
Ağlayaram, göz yaşımdan kölgə nəm,
Dünya tilsim, sirrin aça bilməzsən,
Günəş olub işıq saça bilməzsən.
Daha məndən uzaq qaça bilməzsən,
Mən dönmüşəm bir əbədi kölgənə.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:18:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!