Demə ki yaddım-yaddım,
Yaxınlaş addım-addım.
Baxıram matdım-matdım,
Kölgəylə oynayan qız.
Saçını tei-tel burub,
Gözünə sürmə vurub.
Kölgəsiz sakit durub,
Kölgəylə qaynayan qız.
Gözündən yaş süzülür,
Muncuq kimi düzülür.
Gün batanda üzülür,
Kölgədən doymayan qız.
Nə baxırsız siz ona,
Kaprizi yetməz sona.
Şəkilini telfona,
Kölgəsiz qoymayan qız.
Bax burdur əsl gerçək,
Yaman olub sevincək.
Təkcə yarını görcək,
Kölgəni saymayan qız.
Kayıt Tarihi : 5.4.2025 15:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Okuyana ve anlayana haz veren ifadeler...Kutlarım
TÜM YORUMLAR (1)