Kölge
Kölgə günəşin doğulduğu yerlərə harda olsa da çıxıb gələr
Səssiz adımlarla yerə iz salıb, tirə verər
Az bir qaranlıqda o da dünyanı büsbütün tərk edər
Yayda bizi sərin tutsa da, alova yazıldığı kimi yazılmaz ona salnamələr
Arxamızca gələr, tək qoymaz bizi illər boyu
Bəzən böyüyər, bəzən də kiçilər yollar boyu
Külək varsa titrəyər kölgə olduğu yerdə ömür boyu
Amma bizi ölənə qədər tək qoymaz, həyatı boyu
Gecə düşəndə unudulmağa məhkum olarsan
Gün çıxanda isə reinkarnasiya edər, həyatı taparsan
Bizi izləyərsən, lakin toxunmazsan
Sən qiyamətdə bizim susqun şahidimiz olarsan.
Kölgə tək olsa da hamıya çatar
İstidə, dar gündə pis-yaxşı ayırmaz, hamıya əl uzadar
Ağac, dağ, bina ayırd etməzsən
Heç kəsi yarı yolda qoymağı sevməzsən
İnsan kimidir hər bir kölgə də
"İnsan, sevdiyinə bənzər" deyə deyibdir böyüklərimiz həmişə
Kölgə işığın izində səssizcə addımlayar
Səssiz addımlayar, amma torpağa inamla ayaq basar.
Kölgəmiz bizi izləyər, biz kölgədən qaçarıq
Həyatdakı yerimizi tapmaq uğruna özümüzdən də qaçarıq
Kölgə isə olduğu kimi qalar, günlərin ritmiylə oynayar
Ona nə işıq tamamilə sahib olar, nə də qaranlıq onu tamamilə udar.
Kayıt Tarihi : 24.6.2025 01:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!