Içimdədir ağrı-acım,
Qəm qardaşım, kədər bacım.
Başımdadır şahlıq tacım,
Mən zamanın köçündəyəm.
Demirəm ki yola gül düz,
Ya yolumu eylə dümdüz.
Axı nədən gecə-gündüz
Iztirabın içindəyəm.
Yoxdur hicrana marağım,
Xatirələrdir yarağım.
Düşmür əlimdən orağım,
Gecə-gündüz biçindəyəm.
Kayıt Tarihi : 5.5.2018 08:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!