Köçmüşüm ben Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Köçmüşüm ben

Zamanın ənənəsi,
Olacaq təntənəsi.
Sahildə qum dənəsi,
Şor sudan içmişəm mən.

Qatlama sən varağı,
Yoxmu şerə marağın.
İzin üstdən alağı,
Oraqla biçmişəm mən.

Qar bürüyüb kolumu,
Qönçə ilə dolumu.
İlahi, haqq yolumu,
Arayıb seçmişəm mən.

Ara bircə qarışdır,
Yollar mənə tanışdır.
Məramım sülh, barışdır,
Yüz dəfə keçmişəm mən.

Düşdüm qara sevdaya,
Qapıldım boş xülyaya.
Deyəsən o dünyaya,
Əbədi köçmüşəm mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 15:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!