Kimim var axı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Kimim var axı

Sən idin dağların ən bəyaz qarı,
Sən idin ömrümün dövləti-varı.
Nədəndir susmayır könlümün tarı,
Ruhları incidən simim var axı.

Sən mənim əzəli-son məhəbbətim,
Tanrının verdiyi pak əmanətim.
“Özgəni güldürən sözüm-söhbətim,
Özümü ağladan qəmim var” axı.

Bir anda neçə min yaşa dolmadım?
Salxım söyüd kimi saçım yolmadım.?
Heç zaman birləşib bütöv olmadım,
Eh, sənin boydaca kəmim var axı.

Daha qocalmışam. boyu bəstəyəm,
Saralmış çiçəyəm, solmuş dəstəyəm.
Gözümü silməyə yaylıq istərəm,
Hələ qurumayan nəmim var axı.

Hardasan ay mənim sevimli dəlim,
Xatirən qaynardır, ümidin həlim.
Neynəyim,əlinə çatmayır əlim,
Mənim səndən başqa kimim var axı...

Sevinc Arzulu
Kayıt Tarihi : 27.8.2025 05:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!